Nensi Pelosi: "Trampın impiçmenti siyasi məqsəd daşımır"

Nensi Pelosi: "Trampın impiçmenti siyasi məqsəd daşımır" ABŞ-ın Nümayəndələr Palatasının spikeri Nensi Pelosi iddia edib ki, demokratların prezident Donald Trampın impiçmentini elan etmək cəhdlərinin siyasətlə heç bir əlaqəsi yoxdur.
Digər ölkələr
5 Dekabr , 2019 21:59
Nensi Pelosi: Trampın impiçmenti siyasi məqsəd daşımır

ABŞ-ın Nümayəndələr Palatasının spikeri Nensi Pelosi iddia edib ki, demokratların prezident Donald Trampın impiçmentini elan etmək cəhdlərinin siyasətlə heç bir əlaqəsi yoxdur.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti" bildirib.

"Bunun siyasətlə heç bir əlaqəsi yoxdur. Bu, siyasətə, partiyalılığa, demokratlara və respublikaçılara aid deyil. Bu, ABŞ konstitusiyasına aiddir", - deyə Pelosi mətbuat konfransında bildirib.

"Təəssüf edirəm ki, prezident qətiyyən banilərin (ABŞ konstitusiyasının müəllifləri - red) konsepsiyasına diqqət yetirmədən belə zərurət yaratdı", - Nümayəndələr Palatasının spikeri əlavə edib.

Onun sözlərinə görə, demokratlar "əsla şad deyillər", əksinə, impiçment prosesini aparmaq ehtiyacından çox məyusdurlar. "Amma bizim seçimimiz yoxdur", - Pelosi qeyd edib.

Son xəbərlər

Orphus sistemi