Nazaret şəhərinin hakimiyyət orqanları Milad bayramının keçirilməyəcəyi xəbərini təkzib edib

Nazaret şəhərinin hakimiyyət orqanları Milad bayramının keçirilməyəcəyi xəbərini təkzib edib "Biz 60 min insan dəvət etmişik"
Digər ölkələr
16 Dekabr , 2017 21:58
Nazaret şəhərinin hakimiyyət orqanları Milad bayramının keçirilməyəcəyi xəbərini təkzib edib
http://travelask.ru/

Bakı. 16 dekabr. REPORT.AZ/ İncilə görə İsa Məsihin böyüdüyü şəhər hesab edilən Nazaretin hakimiyyət orqanları Miladla bağlı bayram tədbirlərini ləğv etməyəcək.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti" məlumat yayb.

Bir müddəd əvvəl "Times of Israel" qəzeti məlumat yayıb ki, şəhərin müsəlmanı meri Əli Salam bayram tədbirlərini ləğv etməyi tapşırıb. O, bu addımını ABŞ prezidenti Donald Trampın Qüdslə bağlı qərarı ilə əsaslandırıb.

"Bilmirəm niyə insanlar düşündü ki, bayram tədbirləri ləğv olunur? Üç müqənni olmayacaq. Qalan hər şey standarlara uyğun baş tutacaq. Biz 60 min insanı dəvət etmişik", - deyə şəhər meri deyib.

Qeyd edək ki, ABŞ prezidenti D.Tramp bu ayın əvvəli Qüds şəhərini İsrailin paytaxtı kimi tanıyıb. Amerikalı dövlət başçısının bu addımı ərəb-israil münaqişəsinin yenidən kəskinləşdirib. 

Son xəbərlər

Orphus sistemi