Yuxarı

NATO Rusiyanın Arktikada hərbi iştirakının artdığını bəyan edib

​NATO Rusiyanın Arktikada hərbi iştirakının artdığını bəyan edir

NATO-nun baş katibi Yens Stoltenberq İslandiyanın baş naziri ilə birgə mətbuat konfransı zamanı Rusiyanın Arktikada hərbi iştirakının artdığını bildirib.

"Report" xəbər verir ki, Stoltenberqin çıxışı alyansın saytında dərc olunub.

Onun sözlərinə görə, tərəflər Uzaq Şimaldakı vəziyyəti müzakirə ediblər.

"İdeya həmişə ondan ibarət olub ki, Uzaq Şimalda bizim aramızda gərginlik aşağıdır və biz orada bunun qorunub saxlanılması üzrə işi davam etdirməyə çalışmalıyıq, baxmayaraq ki, burada, Uzaq Şərqdə böyük hərbi iştirakı, xüsusilə də Rusiya potensialını görürük", - deyə alyansın baş katibi bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi