NATO Rusiya təcavüzü ilə əlaqədar yüz minlərlə hərbçini gücləndirilmiş döyüş hazırlığına gətirəcək

NATO Rusiya təcavüzü ilə əlaqədar yüz minlərlə hərbçini gücləndirilmiş döyüş hazırlığına gətirəcək "NATO" "Soyuq müharibə"nin bitimindən sonra Moskvaya kollektiv təhlükəsizliyin ən genişmiqyaslı möhkəmləndirilməsi ilə cavab verməyə məcburdur"
Digər ölkələr
7 Noyabr , 2016 13:20
NATO Rusiya təcavüzü ilə əlaqədar yüz minlərlə hərbçini gücləndirilmiş döyüş hazırlığına gətirəcək

Bakı. 7 noyabr. REPORT.AZ/ NATO Rusiya ilə münasibətlərdə gərginliyin artması fonunda yüz minlərlə hərbçini gücləndirilmiş döyüş hazırlığına gətirməyi planlaşdırır.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə NATO baş katibi Yens Stoltenberq məlumat verib.

Onun sözlərinə görə, NATO rəhbərliyi Rusiya təcavüzünün qarşısını almaq üçün kifayət qədər Quru Qoşunları hərbçiləri hazırlamaq niyyətindədir.

Y.Stoltenberq bildirib ki, Alyans uzun illər Rusiyanın gücünü artırdığını, eləcə də müttəfiqləri arasında fəal təbliğat apardığını müşahidə edib. Baş katibin sözlərinə görə, məhz bu səbəbdən NATO "Soyuq müharibə"nin bitimindən sonra Moskvaya kollektiv təhlükəsizliyin ən genişmiqyaslı möhkəmləndirilməsi ilə cavab verməyə məcburdur.

Son xəbərlər

Orphus sistemi