​NATO Polşadakı hərbçilərinin sayını iki dəfə artırıb

​NATO Polşadakı hərbçilərinin sayını iki dəfə artırıb İndi ölkədə alyansın 20 iştirakçı ölkəsindən 400 hərbçi var
Digər ölkələr
2 İyun , 2015 01:28
​NATO Polşadakı hərbçilərinin sayını iki dəfə artırıb

Bakı. 02 İyun. REPORT.AZ/ NATO Polşanın Şetsin şəhərindəki hərbçilərinin sayını iki dəfə artırıb.

"Report" BBC-yə istinadən xəbər verir ki, bu barədə yerli mətbuat yazıb.

İndi sözügedən şəhərdə alyansa üzv olan 20 ölkədən 400 hərbçi var. Korpusun vəzifəsi Ukraynadakı vəziyyətin monitorinqidir.

Yeni kazarma binasının tikintisi və informasiya sisteminin quraşdırılması üçün əlavə vəsait ayrılacaq.

2014-cü ilin əvvəlində Polşa ölkə ərazisində hərbçilərin yerləşdirilməsi xahişi ilə NATO-ya müraciət edib.

Son xəbərlər

Orphus sistemi