NATO-nun baş katibi Yuqoslaviyanın nə üçün bombalandığını açıqlayıb

NATO-nun baş katibi Yuqoslaviyanın nə üçün bombalandığını açıqlayıb Bakı. 7 oktyabr. REPORT.AZ/ Yuqoslaviya 1999-cu ildə dinc əhalinin qorunması və ölkə prezidenti Slobodan Miloşeviçin devrilməsi məqsədi ilə bombalanıb.
Digər ölkələr
8 Oktyabr , 2018 00:38
NATO-nun baş katibi Yuqoslaviyanın nə üçün bombalandığını açıqlayıb

Bakı. 7 oktyabr. REPORT.AZ/ Yuqoslaviya 1999-cu ildə dinc əhalinin qorunması və ölkə prezidenti Slobodan Miloşeviçin devrilməsi məqsədi ilə bombalanıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Belqradda tələbələrlə görüşündə deyib.

"Serbiyada bir çoxları əvvəlki kimi bu zərbələrə pis yanaşır. Bu, Miloşeviç rejiminin sonrakı fəaliyyətinin qarşısını almaq üçün edilmişdi", - Y.Stoltenberq vurğulayıb. 

Baş katib serb xalqını "gələcəyə baxmağa" çağırıb və qeyd edib ki, NATO Serbiya ilə Kosovo arasında fikir ayrılığının aradan qaldırılmasının tərəfdarıdır.

Stoltenberq həmçinin ana və bacısının nə vaxtsa Belqradda yaşadığını bildirib:

"Kalemeqdanda ilk dondurmamı necə yediyimi xatırlayıram (Belqrad qalası yaxınlığında park. — red)".

Son xəbərlər

Orphus sistemi