Yuxarı

NATO hərbi hava qüvvələri Afqanıstanda məktəbə zərbələr endirib

NATO hərbi hava qüvvələri Afqanıstanda məktəbə zərbələr endirib
Həmçinin ərazidə yerləşən 13 mağaza dağılıb.

Bakı. 15 iyul. REPORT.AZ/ Afqanıstanın şimal-şərqindəki Kunduz əyalətində yerləşən məktəbə NATO hərbi hava qüvvələri tərəfindən zərbələr endirilib. 

"Report" "Rusiya 24"-ə istinadən xəbər verir ki, bina tamamilə dağıdılıb. Şənbə günləri məktəbdə dərs olmadığından burada insan təlafatı baş verməyib. 

Lakin qəlpələr yaxınlıqda yerlərşən evlərə dəyib, 3 uşaq yaralanıb. 

Həmçinin ərazidə yerləşən 13 mağaza dağılıb. 

Hələ ki, NATO rəsmiləri insidentlə bağlı şəh verməyiblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi