NATO Əfqanıstanda 13 illik əməliyyatına yekun vurur

NATO Əfqanıstanda 13 illik əməliyyatına yekun vurur Əfqanıstanda bundan sonra da NATO-nun rəhbərlik etdiyi qüvvələrin 13 min əsgəri qalacaq
Digər ölkələr
28 Dekabr , 2014 15:04
NATO Əfqanıstanda 13 illik əməliyyatına yekun vurur
Bakı. 28 dekabr. REPORT.AZ/ NATO-nun başçılıq etdiyi beynəlxalq koalisiya bu gün formal olaraq Əfqanıstanda 13 illik döyüş əməliyyatına yekun vurur.

"Report" RİA "Novosti"-ya istinadla xəbər verir ki, mərasim Kabildə keçirilir.

Qeyd edək ki, Əfqanıstanda bundan sonra da NATO-nun rəhbərlik etdiyi qüvvələrin 13 min əsgəri qalacaq. Onlar Əfqanıstan ordusuna yardım göstərəcək.

Əfqanıstanda əməliyyatların ən qızğın çağında burda 51 ölkədən 140 min əsgər var idi.

Son xəbərlər

Orphus sistemi