NATO çevik qüvvələrinin sayı iki dəfə artacaq

NATO çevik qüvvələrinin sayı iki dəfə artacaq Alyans Çevik Qüvvələrin sayını 13 mindən 30 minə qədər artıracaq
Digər ölkələr
5 Fevral , 2015 13:03
NATO çevik qüvvələrinin sayı iki dəfə artacaq

Bakı. 5 fevral. REPORT.AZ/ NATO Çevik Qüvvələrin sayını 13 mindən 30 minə qədər artıracaq. Onların tərkibində yüksək hazırlıq qrupu isə 5 min nəfərdən ibarət olacaq. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Alyansın baş katibi Yens Stoltenberq bildirib. 

O, qeyd edib ki, məsələ bu gün NATO ölkələri müdafiə nazirlərinin toplantısında müzakirə olunacaq. Baş katib nazirlərin həmin məsələ ilə bağlı razılıq əldə edə biləcəyinə ümidvar olduğunu bildirib. 

O, əlavə edib ki, yüksək hərbi hazırlıq qrupu təxminən 5 min nəfərdən ibarət olacaq.  

Son xəbərlər

Orphus sistemi