NATO baş katibi: "Ukraynaya alyans qoşunlarının göndərilməsi məsələsi gündəmdə yoxdur"

NATO baş katibi: "Ukraynaya alyans qoşunlarının göndərilməsi məsələsi gündəmdə yoxdur" "Kiyevə silah verilməsi haqqında qərarı alyansa üzv hər bir ölkə müstəqil şəkildə qəbul etməlidir"
Digər ölkələr
5 Mart , 2015 12:27
NATO baş katibi: Ukraynaya alyans qoşunlarının göndərilməsi məsələsi gündəmdə yoxdur

Bakı. 5 mart. REPORT.AZ/ Ukraynaya alyans qoşunlarının göndərilməsi məsələsi hazırda gündəlikdə deyil. "Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə Finlandiyaya ikigünlük səfərə gələn təşkilatın baş katibi Yens Stoltenberq "MTV3" telekanalının efirində bildirib. 

"Ukraynaya alyansın qoşunlarının göndərilməsi məsələsi gündəlikdə yoxdur. Biz Ukraynaya ciddi siyasi və əməli yardım göstəririk: onun suverenliyini, sülh prosesini, Minsk razılaşmalarının həyata keçirilməsini dəstəkləyirik, eləcə də müdafiə qabiliyyətini artırmaq üçün Ukrayna silahlı qüvvəllərinin müasirləşdirilməsinə köməklik edirik", - Stoltenberq qeyd edib. 

O, həmçinin bildirib ki,  Ukraynaya silah verilməsi haqqında qərarı alyansın hər bir ölkəsi müstəqil şəkildə qəbul etməlidir. "Ukraynanın özünü müdafiə etmək hüququ var. Lakin silahların göndərilməsi planında hər bir iştirakçı ölkə özü qərar verməlidir", - o vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi