ABŞ-da atışma olub, ölən və yaralananlar var

ABŞ-da atışma olub, ölən və yaralananlar var Bakı. 20 dekabr. REPORT.AZ/ ABŞ-da atışma olub.
Digər ölkələr
20 Dekabr , 2018 03:43
ABŞ-da atışma olub, ölən və yaralananlar var

Bakı. 20 dekabr. REPORT.AZ/ ABŞ-da atışma olub.

Bu barədə "Report" ABC8-ə istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, hadisə Ohlaxoma ştatında, mağazada baş verib. Naməlum silahlı mağazanı qarət etmək istəyən zaman ətrafdakılara atəş açıb. Nəticədə 2 nəfər yaralanıb. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisəni törədən cinayətkar mağazadakı mülki vətəndaşlardan biri tərəfindən öldürülüb.

Əraziyə təcili xidmətlərin əməkdaşları cəlb edilib.

Daha əvvəl Florida ştatının Mayami Deyd dairəsində də bir mağazanın qarşısında atışma qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi