Naməlum şəxslər Türkiyənin Fransadakı Səfirliyinə hücum edib

Naməlum şəxslər Türkiyənin Fransadakı Səfirliyinə hücum edib Səfirliyi hədəf seçən naməlum şəxslər diplomatik binaya molotov kokteyli atıblar
Digər ölkələr
4 Noyabr , 2016 23:34
Naməlum şəxslər Türkiyənin Fransadakı Səfirliyinə hücum edib

Bakı. 4 noyabr. REPORT.AZ/ Bir qrup şəxs Türkiyə Cümhuriyyətinin Fransanın paytaxtı Paris şəhərindəki səfirliyinə hücum edib.

"Report"un məlumatına görə, bu barədə "Haber7.com" xəbər verib.

Məlumata görə, hadisə dünən gecə saatlarında baş verib. Səfirliyi hədəf seçən naməlum şəxslər diplomatik binaya molotov kokteyli atıblar. Nəticədə binaya az miqdarda ziyan dəyib.

Hadisə ilə əlaqədar ərazi polis tərəfindən mühasirəyə alınıb və təhlükəsizlik tədbirləri gücləndirilib.

Son xəbərlər

Orphus sistemi