Yuxarı

Şimali İrlandiyada polisi yaralamış şəxs həbs edilib - YENİLƏNİB

Şimali İrlandiyada polisi yaralamış şəxs həbs edilib - YENİLƏNİB
Təhqiqat çərçivəsində 36 yaşlı kişi həbs olunub

Bakı. 23 yanvar. REPORT.AZ/ Şimali İrlandiyanın paytaxtında polis zabitini yaralamış şəxs həbs edilib.

"Report"un məlumatına görə, bu barədə Şimali İrlandiya polisinin "Twitter"dəki rəsmi səhifəsində məlumat verilib.

"Belfasın şimalında, Kramlin küçəsində baş vermiş və asayiş keşikçisinin yaralandığı insidentin təhqiqatı çərçivəsində polis 36 yaşlı kişini həbs edib" – deyə məlumatda bildirilir.

Qeyd edək ki, hadisə paytaxtda qeydə alınıb. Belə ki, silahlı şəxs Belfasda yanacaqdoldurma stansiyasında avtomobildən polis patruluna atəş açıb. Nəticədə 1 asayiş keşikçisi yaralanıb.



***04:39

Naməlum şəxslər Şimali İrlandiyada bir polis zabitini yaralayıb.

"Report" "Guardian"a istinadən xəbər verir ki, hadisə Şimali İrlandiyanın paytaxtında baş verib.

Məlumata görə, hadisə paytaxtda qeydə alınıb. Belə ki, silahlılar Belfasda yanacaqdoldurma stansiyasında avtomobildən polis patruluna atəş açıblar.

Atəş nəticəsində bir polis zabiti xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyətinin sabit olduğu bildirilir.

Federasiya polisi baş vermiş hadisəni terror aktı adlandırıb. "Bizim polis zabitlərimizdən birinin Belfasdakı terror atışması zamanı yaralanması barədə məlumat var" – deyə federasiya polisi xəbər yayıb.

"Guardian" hadisənin seçkiöncəsi baş verdiyini qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi