Əfqanıstanda naməlum şəxs ABŞ hərbçilərinə atəş açıb: 2 ölü, 3 yaralı

Əfqanıstanda naməlum şəxs ABŞ hərbçilərinə atəş açıb: 2 ölü, 3 yaralı Əsgərlər cavab atəşi açaraq naməlum şəxsi öldürüblər
Digər ölkələr
20 Oktyabr , 2016 05:15
Əfqanıstanda naməlum şəxs ABŞ hərbçilərinə atəş açıb: 2 ölü, 3 yaralı

Bakı. 20 oktyabr. REPORT.AZ/ Əfqanıstanın paytaxtı Kabulda naməlum şəxs iki ABŞ məsləhətçisini öldürüb.

"Report" xəbər verir ki, bu barədə "BBC" ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə yerli vaxtla səhər saat 11 darələrində, NATO bazasında baş verib. Silahlı insident zamanı həmçinin 3 amerikalı yaralanıb.

Əsgərlər cavab atəşi açaraq naməlum şəxsi öldürüblər.

Əfqanıstanda NATO-nun rəhbərliyi altında 13 min hərbçi var.

Son xəbərlər

Orphus sistemi