​Nalçikdə zərərsizləşdirilən İŞİD-çilərin sayı 11 nəfər olub

​Nalçikdə zərərsizləşdirilən İŞİD-çilərin sayı 11 nəfər olub Xüsusi əməliyyat zamanı quldurların gizləndiyi istehkam aşkar edilib
Digər ölkələr
22 Noyabr , 2015 18:48
​Nalçikdə zərərsizləşdirilən İŞİD-çilərin sayı 11 nəfər olub

Bakı. 22 noyabr. REPORT.AZ/ Rusiyanın cənubunda yerləşən Nalçik şəhərində həyata keçirilən anti-terror əməliyyatı zamanı 11 yaraqlı neytrallaşdırılıb.

"Report" xəbər verir ki, bu barədə "İnterfax"a Milli Antiterror Komitəsinin (MAK) İnformasiya Mərkəzinin nümayəndəsi Aleksandr Polyakov məlumat verib.

Bunadək MAK Nalçik ətrafında 10 yaraqlının zərərsizləşdirildiyini məlumat vermişdi. Onların hamısı "İraq-Şam İslam Dövləti" terror qruplaşmasına sədaqət andı içiblər.

Həyata keçirilən xüsusi əməliyyat zamanı quldurların gizləndiyi istehkam aşkar edilib. Terrorçular "silahı yerə qoyun" təklifinə atəş açaraq cavab veriblər.

Hazırda xüsusi əməliyyatın fəal fazası davam etdirilir.

Son xəbərlər

Orphus sistemi