Yuxarı

Myanmada 2 mindən çox müsəlmanın evi yandırılıb

Myanmada 2 mindən çox müsəlmanın evi yandırılıb
Əlli səkkiz mindən çox müsəlman Banqladeşə köçüb
© Ansar.ru

Bakı. 3 sentyabr. REPORT.AZ/ Asiyanın cənub-şərqində yerləşən Myanmada son həftələr ərzində etnik azlıqların – müsəlmanların 2600-dan çox evi yandırılıb.

"Report"un məlumatına görə, bu barədə "Reuters" ölkənin hakimiyyət orqanlarına istinadən xəbər verib.

Agentliyin məlumatında bildirilir ki, bu, son on illik ərzində Myanma müsəlmanlarının tarixində ən qanlı mərhələlərdən biridir.

BMT-nin Qaçqınların İşi Üzrə Agentliyi isə xəbər verir ki, 58 mindən çox müsəlman (roxinca) Myanmanı tərk edərək Banqladeşə köçüb.

Hakimiyyət orqanları evlərin yandırılmasına görə yerli islamçı qruplaşmanı ittiham edib. Lakin etnik müsəlmanların özləri təsdiqləyirlər ki, evlərin yandırılması Myanmanın hakimiyyət orqanlarının onları doğma yerlərini tərk etmələrini məcbur etmək cəhdidir.

Roxincalar Myanmanın Rakxayn (Arakan) ştatında yaşayan və İslama sitayiş edən etnik qrupdur. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi