Myanma parlamenti yeni hökumətin tərkibini təsdiq edib

Myanma parlamenti yeni hökumətin tərkibini təsdiq edib Nazirlər Kabinetinin üzvləri arasında Nobel Sülh Mükafatı laureatı Aun San Su Çji də var
Digər ölkələr
24 Mart , 2016 09:37
Myanma parlamenti yeni hökumətin tərkibini təsdiq edib

Bakı. 24 mart. REPORT.AZ/ Myanma Milli Qanunvericilik Məclisi (parlament) yeni prezident Thin Çjonun təklif etdiyi yeni hökumətin tərkibini təsdiq edib.

"Report" TASS-a istinadən xəbər verir ki, Nazirlər Kabineti üzvləri arasında Milli Demokratiya Liqası (MDL) partiyasının lideri və Nobel Sülh Mükafatı laureatı Aun San Su Çji də var.

MDL-in rəsmi nümayəndəsi Zav Min Maunqun bildirdiyinə görə, parlament 18 nazirin, o cümlədən Aun San Su Çjinin namizədliyini təsdiqləyib.

Qeyd edək ki, martın 20-də Myanma Milli Qanunvericilik Məclisi yeni prezident Thin Çjonun təklif etdiyi respublikanın yeni hökumət sxemini təsdiq edib. Yeniliyə görə nazirlərin sayı təxminən 40% azalaraq 36-dan 21-ə enib. Nazir portfellərinin sayı isə 32-dən 18-ə qədər azaldılıb.

Son xəbərlər

Orphus sistemi