BMT Londonu Assancın Ekvador səfirliyini tərk etməsinə icazə verməyə çağırıb

BMT Londonu Assancın Ekvador səfirliyini tərk etməsinə icazə verməyə çağırıb Bakı. 23 dekabr. REPORT.AZ/ BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı Böyük Britaniyanı Culian Assancın Ekvadorun Londondak səfirliyini ələ keçmək riski olmadan tərk etməsinə icazə verməyə çağırıb.
Digər ölkələr
23 Dekabr , 2018 04:53
BMT Londonu Assancın Ekvador səfirliyini tərk etməsinə icazə verməyə çağırıb

Bakı. 23 dekabr. REPORT.AZ/ BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı Böyük Britaniyanı Culian Assancın Ekvadorun Londondak səfirliyini ələ keçmək riski olmadan tərk etməsinə icazə verməyə çağırıb.

"Report" xəbər verir ki, müvafiq müraciət komissarlığın saytında yerləşdirilib.

"Öz hüquqlarından fikrin, ifadənin və informasiyanın azadlığı üçün istifadə etmək, ictimai maraqlarda həqiqəti irəli çəkmək və öz azadlığını bərpa etmək üçün artıq yüksək qiymət ödəmiş Cənab Assanjın zamanı gəldi", - deyə sənəddə bildirilir. 

Qeyd edək ki, ABŞ-ın Ədliyyə Nazirliyi Culian Assanc əleyhinə ittiham irəli sürməyə hazırlaşır. Nazirlikdə Assancın ABŞ-da mühakimə ediləcəyinə ümid edirlər.

Son xəbərlər

Orphus sistemi