Bakı. 30 yanvar. REPORT.AZ/ Müstəntiqlər Fransanın xarici işlər naziri Loran Fabiusun oğlu Tom Fabiusu dələduzluq və çirkli pulların yuyulması işi ilə bağlı dindirib.
Bu barədə "Report" AFP"yə istinadən xəbər verir.
Söhbət 2013-cü ildə yüksək vəzifəli diplomatın oğlunun gəlir mənbələrini müəyyən etmək məqsədilə açılan işdən gedir. Müstəntiqləri xüsusi olaraq Tom Fabiusa məxsus olan və 2012-ci ildə 7 mln. avroya alınan Parisdəki mənzil maraqlandırıb.
Bu işlə bağlı fransalı nazirin oğlu dekabr ayının ortalarında12 saat müddətinə həbs olunub.