Yuxarı

Münhendə naməlum şəxs dəmir yolu stansiyasında atəş açıb, 5 nəfər yaralanıb

Münhendə naməlum şəxs dəmir yolu stansiyasında atəş açıb, 5 nəfər yaralanıb
Stansiyada evakuasiya həyata keçirilib

Bakı. 13 iyun. REPORT.AZ/ Almaniyanın Münhen şəhərində elektrik qatarı stansiyalarının birində atışma olub.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, hadisə nəticəsində 5 nəfər yaralanıb.

Qadın polis əməkdaşı ağır, digər 4 nəfər isə yüngül yaralıdır.

Stansiyada artıq evakuasiya həyata keçirilib. Polis vəziyyətin nəzarət altında olduğunu bildirib.

Məlumata görə, insident qatarda sənədlərin yoxlanması zamanı baş verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi