Bakı. 7 fevral. REPORT.AZ/ Türkiyənin Muğla vilayətinin Marmaris şəhərinə yaxın bölgədə qeyri-qanuni yollarla Yunanıstana getmək istəyən qaçaqları daşıyan gəmi batıb. "Report"un "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 6 nəfər dünyasını dəyişib.
Muğla Valisi Əmir Çiçəkin verdiyi məlumata görə, mühərriyin xarab olması gəminin batmasına səbəb olub: "Gəminin batması nəticəsində 6 nəfər ölüb, digər 6 nəfər isə xilas edilib. Hazırda 3 nəfərin axtarışları davam edir. Gəmidə ümumilikdə 15 nəfərin olduğu təxmin edilir".