​Müdafiə Nazirliyi: "Britaniya İraq və Suriyaya quru qoşunları göndərməyəcək"

​Müdafiə Nazirliyi: "Britaniya İraq və Suriyaya quru qoşunları göndərməyəcək" Britaniyanın müdafiə naziri İraqın ingilis qoşunlarını ərazisində görmək istəmədiyini bildirib
Digər ölkələr
12 Dekabr , 2015 06:13
​Müdafiə Nazirliyi: Britaniya İraq və Suriyaya quru qoşunları göndərməyəcək

Bakı. 12 dekabr. REPORT.AZ/ Böyük Britaniya İraq və Suriyaya quru qoşunları göndərməyi planlaşdırmır.

"Report" xəbər verir ki, bu barədə krallığın müdafiə naziri Maykl Fellon amerikalı həmkarı Eşton Karterlə görüşündə bildirib.

"Biz İraq və Suriyaya yerüstü qoşun göndərməyi nəzərdə tutmuruq", — deyə RİA "Novosti" Fellonun sözlərini sitat gətirir.

O qeyd edib ki, İraqın baş naziri Heydər əl-Abadi Bağdadda görüş zamanı "onların necə ki, Amerika qoşunlarını, eləcə də Britaniya qoşunlarını öz ərazilərində görmək istəmədiklərini çox dəqiq şəkildə ifadə edib".

Son xəbərlər

Orphus sistemi