MSK: Özbəkistanda prezident seçkiləri baş tutmuş hesab olunur

MSK: Özbəkistanda prezident seçkiləri baş tutmuş hesab olunur Yerli vaxtla saat 10:00-da qeydiyyata alınmış seçicilərin 36,55%-i səs verib
Digər ölkələr
29 Mart , 2015 11:23
MSK: Özbəkistanda prezident seçkiləri baş tutmuş hesab olunur

Bakı. 29 mart. REPORT.AZ/ Özbəkistanda keçirilən prezident seçkiləri baş tutmuş hesab olunur. "Report" "TASS"a istinadən xəbər verir ki, Özbəkistan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, yerli vaxtla saat 10:00-da  səsvermədə 7 mln. 601,4 min nəfər və ya qeydiyyata alınan seçicilərin 36,55%-i səs verib.

Qeyd edək, prezident postuna dörd siyasi partiyadan olan namizəd iddia edir.

Qələbəyə əsas namizəd 25 ildir ölkəyə rəhbərlik edən hazırkı dövlət başçısı İslam Kərimovdur. Onun namizədliyi Sahibkarlar və İşgüzar adamlar Hərəkatı - Özbəkistan Liberal-Demokrat Partiyası tərəfindən irəli sürülüb.

Özbəkistan Xalq Demokratik Partiyası bu posta Mərkəzi Şuranın sədri Xatamjon Ketmonov, "Milliy tiklaniş" Demokrat Partiyası partiyanın parlamentdəki fraksiyasının üzvü Akmal Saidov, "Adolat" Sosial-Demokrat Partiyası partiyanın İcra Komitəsinin sədri Nərimon Umarovun namizədliyini irəli sürüb. 

Seçkilərdə 80 min yerli və 300 beynəlxalq müşahidəçi iştirak edir. 

Son xəbərlər

Orphus sistemi