MSK: Əbdülfəttah əs-Sisi Misir prezidenti seçkilərində 97 faiz səs toplayıb

MSK: Əbdülfəttah əs-Sisi Misir prezidenti seçkilərində 97 faiz səs toplayıb Bakı. 2 aprel. REPORT.AZ/ Hazırkı prezident Əbdülfəttah əs-Sisi Misir prezidenti seçkilərində 97 faiz səs toplayıb.
Digər ölkələr
2 Aprel , 2018 18:36
MSK: Əbdülfəttah əs-Sisi Misir prezidenti seçkilərində 97 faiz səs toplayıb

Bakı. 2 aprel. REPORT.AZ/ "Hazırkı prezident Əbdülfəttah əs-Sisi Misir prezidenti seçkilərində 97 faiz səs toplayıb". 

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bunu Misirin Mərkəzi Seçki Komissiyasının sədri Laşin İbrahim deyib.

Onun sözlərinə görə, Misir prezidenti seçkilərində seçicilərin 41,05 faizi iştirak edib. 

Məlumata görə, digər namizəd Musa Mustafa Musa seçicilərin 2.92 faiz səsini toplayıb.

Əs-Sisi iyunun əvvəlində Misir Nümayəndələr Palatasının qarşısında and içəcək.

Son xəbərlər

Orphus sistemi