Yuxarı

Mozambikdə timsah 19 yaşlı futbolçunu parçalayıb

Hadisə Zambezi çayı sahilində baş verib
© Courtesy İmage

Bakı. 19 mart. REPORT.AZ/ Mozambikin futbolçusu Esteva Alberto Jino timsahın hücumu nəticəsində həyatını itirib.

"Report" xəbər verir ki, bu barədə "Gazeta.ru" məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə Zambezi çayı sahilində baş verib. Yırtıcı çayın sahilində qaçan idmançıya hücum edib.

"Timsah birdən sudan çıxdı və Estevanın belindən yapışdı. Sonra onu sürüyərək suya saldı. Estevanın dostları çox qorxmuşdu, onlar səs eşidirdilər, amma heç nə edə bilmirdilər. Timsah beş metr uzunluğa malik idi" – deyə komandanın məşqçisi Edi Karvalo bildirib.

Qeyd edək ki, futbolçu "Atletiko Mineyro de Tete" həvəskar klubunda çıxış edirdi. Onun 19 yaşı vardı. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi