Mozambikdə 17 nəfər zibil topası altında qalaraq ölüb - VİDEO

Mozambikdə 17 nəfər zibil topası altında qalaraq ölüb - VİDEO Məişət tullantıları topası evin üzərinə dağılıb
Digər ölkələr
20 Fevral , 2018 01:46
Mozambikdə 17 nəfər zibil topası altında qalaraq ölüb - VİDEO

Bakı. 20 fevral. REPORT.AZ/ Mozambikin paytaxtı Maputu şəhərində 15 metr hündürlüyündə olan məişət tullantıları topasının uçması nəticəsində 17 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə Portuqaliyanın "Lusa" informasiya agentliyi məlumat yayıb.

Ölkənin fövqəladə hallar naziri Fatimə Belşuirin sözlərinə görə, zibil topası evin üzərinə dağılıb və həmin zaman mənzildə bir neçə ailənin üzvləri olub. Bəzi sakinlər evi vaxtında tərk edə biliblər.

Yerli hökumət nümayəndələri güman edirlər ki, zibil dağıntıları altında insanlar qala və axtarış işləri başa çatdıqdan sonra faciə qurbanlarının sayı arta bilər.

Son xəbərlər

Orphus sistemi