Mövlud Çavuşoğlu İsveçrəyə səfərini təxirə salıb

Mövlud Çavuşoğlu İsveçrəyə səfərini təxirə salıb Səfər martın 12-nə nəzərdə tutulurdu
Digər ölkələr
12 Mart , 2017 03:16
Mövlud Çavuşoğlu İsveçrəyə səfərini təxirə salıb

Bakı. 12 mart. REPORT.AZ/ Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İsveçrəyə martın 12-nə planlaşdırılan səfərini qeyri-müəyyən müddətə təxirə salıb.

“Report” xəbər verir ki, bu barədə şənbə günü İsveçrənin ATS agentliyi Avropa Türk Demokratları Birliyinin İsveçrə bölməsi rəhbərinin müavini Münir Sarukana istinadən məlumat yayıb.

Sarukan səfərin hansı səbəbdən təxirə salındığını açıqlamayıb.

Sürix polisi də informasiyanı təsdiq edib.

Son xəbərlər

Orphus sistemi