Mosulda terror aktı nəticəsində ən azı 24 adam həlak olub

Mosulda terror aktı nəticəsində ən azı 24 adam həlak olub Bomba yüklənmiş nəqliyyat vasitəsi şəhərin şərqindəki Əl-Qədisiyə məhəlləsində partlayıb
Digər ölkələr
3 Dekabr , 2016 13:21
Mosulda terror aktı nəticəsində ən azı 24 adam həlak olub

Bakı. 3 dekabr. REPORT.AZ/ İraqın Mosul şəhərində baş verən partlayışın nəticəsində ən azı 24 nəfər ölüb, onlarla insan yaralanıb.

“Report” “TASS”a istinadən xəbər verir ki, bu məlumatı “Shafaq News” xəbər portalı yayıb.

Məlumata əsasən, bomba yüklənmiş nəqliyyat vasitəsi şəhərin şərqindəki Əl-Qədisiyə məhəlləsində partlayıb.

BMT-nin İraqa yardım göstərilməsi üzrə missiyasının (UNAMI) məlumatına görə, yalnız noyabrda terror aktları, zorakılıq və silahlı münaqişə nəticəsində 2,8 mindən çox iraqlı ölüb, 1,38 mindən çox yaralanıb.

Son xəbərlər

Orphus sistemi