Yuxarı

Mosulda partlayışlar nəticəsində 15 nəfər həlak olub

Mosulda partlayışlar nəticəsində 15 nəfər həlak olub
İnsident şəhərin şərqində Tal-Yabes bölgəsində baş verib

Bakı. 17 yanvar. REPORT.AZ/ İraqın Mosul şəhərində baş verən iki partlayış nəticəsində ən azı 15 nəfər ölüb.

Bu barədə "Report" "PressTV" telekanalına istinadən xəbər verir.

Telekanalın məlumatına görə, partlayış nəticəsində 14 dinc sakin və 1 İraq hərbçisi həlak olub, 12 nəfər yaralanıb.

İnsident şəhərin şərqində Tal-Yabes bölgəsində baş verib.

Hadisənin detalları dəqiqləşdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi