Mosulda gedən hərbi əməliyyatlar zamanı 11 dinc sakin həlak olub

Mosulda gedən hərbi əməliyyatlar zamanı 11 dinc sakin həlak olub Döyüşlər zamanı həmçinin İŞİD-in 9 terrorçusu da məhv edilib
Digər ölkələr
13 Mart , 2017 03:28
Mosulda gedən hərbi əməliyyatlar zamanı 11 dinc sakin həlak olub
Foto: "Anadolu"

Bakı. 13 mart. REPORT.AZ/ İraqın Mosul şəhərində davam edən hərbi əməliyyatlar zamanı 23 nəfər həlak olub.

"Report"un məlumatına görə, bu barədə "Anadolu" agentliyinə İraq federal polisinin mayoru Yəhya Abba ət-Talibi xəbər verib.

Onun sözlərinə görə, martın 12-i səhər tezdən şəhərin cənub-qərbində İŞİD terrorçuları ilə polislər arasında ağır döyüşlər gedir. Əməliyyatlar zamanı təhlükəsizlik qüvvələrinin 3 əməkdaşı həlak olub.

Döyüşlər zamanı həmçinin İŞİD-in 9 terrorçusu da məhv edilib. Onlardan biri kamikadzedir.

Bundan əlavə, beynəlxalq koalisiyanın hərbi hava qüvvələri Mosulun qərbinə zərbələr endiriblər. Nəticədə 11 dinc sakin həlak olub.

Ət-Talibi bildirib ki, İraq ordusu terrorçulara sarsıdıcı zərbə endirmək üçün Əl-Cədidə rayonu ərazisində İŞİD-ə qarşı yeni cəbhə açmağı planlaşdırır. 

Qeyd edək ki, İraqın baş naziri Heydər əl-İbadi ötən il, oktyabrın 17-də Mosulun İŞİD terror qruplaşmasından azad edilməsi uğrunda əməliyyatın başlandığını bəyan edib. Şəhər 2014-cü ilin iyunundan silahlı qruplaşmanın nəzarəti altındadır. 

Son xəbərlər

Orphus sistemi