Yuxarı

Moskvaya daimi yaşamaq üçün gələnlərin sayı azalıb

Moskvaya daimi yaşamaq üçün gələnlərin sayı azalıb
Problem onda deyil ki, onlar Moskvaya gəlir
© fond.mos.ru

Bakı. 26 noyabr. REPORT.AZ/ Hər il Rusiyadan xarici ölkələrə daimi yaşamaq üçün 200 minədək insan gedir, Moskvaya bu məqsədlə gələnlərin sayı isə 10 minədək azalıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin deyib.

"Bilirsiniz Rusiyadan xarici ölkələrə daimi yaşamaq üçün neçə insan gedir? - İki yüz min nəfər. Bəs Moskvaya neçə nəfər həmin məqsəd üçün gəlir? Son zamanlar bu rəqəm 10 minədək azalıb. Problem onda deyil ki, onlar Moskvaya gəlir, əksinə, ondadır ki, onlar buradan xaricə gedir", - deyə Moskva meri bildirib.

"Moskva bu axının bir hissəsini saxlamağa çalışan bir növ forpostdur. Bu məsələdə biz Rusiyanın müdafiəçiləriyik", - deyə o əlavə edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi