Moskvada naməlum şəxs bıçaqla polisə hücum çəkib

Moskvada naməlum şəxs bıçaqla polisə hücum çəkib Bakı. 15 dekabr. REPORT.AZ/ Rusiyanın paytaxtı Moskva şəhərinin mərkəzində naməlum şəxs bıçaqla polisə hücum edib.
Digər ölkələr
15 Dekabr , 2018 13:31
Moskvada naməlum şəxs bıçaqla polisə hücum çəkib

Bakı. 15 dekabr. REPORT.AZ/ Rusiyanın paytaxtı Moskva şəhərinin mərkəzində naməlum şəxs bıçaqla polisə hücum edib.

“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Baş İstintaq İdarəsinin Moskva şəhəri üzrə istintaq idarəsinin sözçüsü Yuliya İvanova məlumat verib. 

Onun sözlərinə görə, naməlum şəxs soyuq silahla polisin ürək nahiyəsinə zərbə endirib, lakin asayiş keşikçisi mundiri sayəsində zərər çəkməyib. 

Hadisənin polis tərəfindən sənədləri təqdim etmək tələbi irəli sürülməsinə cavab olaraq törədildiyi bildirilir. 

Naməlum şəxs saxlanılıb, faktla bağlı cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi