Moskvada əcnəbi diplomata hücum edilib

Moskvada əcnəbi diplomata hücum edilib Hücum səfirliyin yaxınlığında həyata keçirilib
Digər ölkələr
29 Avqust , 2016 11:38
Moskvada əcnəbi diplomata hücum edilib

Bakı. 29 avqust. REPORT.AZ/ Naməlum iki nəfər Moskvanın cənub-qərbində Konqo səfirliyinin müşavirini qaçış zamanı döyüb və qarət edib.

"Report" TASS-a istinadən xəbər verir ki, hücum Konqo səfirliyinin yaxınlığında, 26 Bakı komissarı küçəsində həyata keçirilib.

Oğrular arxadan 58 yaşlı diplomata hücum edərək onu yerə yıxıb, döyüb və şəxsi sənədlərini götürərək aradan çıxıb.

Mənbənin məlumatına görə, zərərçəkən özü tibbi yardım üçün xəstəxanaya müraciət edib və yardım aldıqdan sonra oranı tərk edib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi