Yuxarı

Moskvada dörd McDonald's restoranı bağlanıb

Moskvada dörd McDonald's restoranı bağlanıb
Rusiya İstehlak Nəzarəti Komitəsi restoranları sanitar normaların pozulmasında ittiham edir

Bakı. 21 avqust. REPORT.AZ/ Rusiya İstehlak Nəzarəti Komitəsi Moskvada dörd McDonald's restoranını bağlayıb. 

Report Qazeta.Ru-ya istinadən xəbər verir ki, idarə restoranları sanitar təhlükəsizlik tələblərinin pozulmasında ittiham edir. 

Sanitar normaların pozulması haqqında iş materialları qanunla müəyyən olunmuş qaydada məhkəmə orqanlarına verilmək üçün hazırlanır. Qeyd olunan restoranlar şəbəkəsinin yoxlanması üzrə tədbirlər davam etdiriləcək.

Öz növbəsində, şirkətdən bildirirlər ki, İstehlak Nəzarəti Komitəsi restoranları bağlamağa davam edərsə, bir çox insanlar işsiz qalacaq, bundan başqa, Rusiya fermerləri də zərər görə bilərlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi