​Moskvada ana və üç övladı qatarın altında qalıb

​Moskvada ana və üç övladı qatarın altında qalıb Qadın və bir yaşlı körpə hadisə yerində ölüb, digər iki uşaq xəstəxanaya yerləşdirilib
Digər ölkələr
28 Yanvar , 2015 23:16
​Moskvada ana və üç övladı qatarın altında qalıb

Bakı. 28 yanvar. REPORT.AZ/ Moskva vilayətində Tomilino stansiyası yaxınlığında ana və üç övladı elektrik qatarının altında qalıb.

"Report" "Lenta.ru"ya istinadən xəbər verir ki, qadın və bir yaşlı körpə hadisə yerində ölüb, üç və altı yaşlarında olan digər iki oğlan uşağı isə xəstəxanaya yerləşdirilib.

Polis və xilasetmə xidmətinin əməkdaşları hadisə yerində işləyirlər.

Məlumata görə, 36 yaşlı qadın üç övladı ilə dəmir yolunu nəzərdə tutulan piyada keçidindən deyil, kənardan keçib. Nəticədə qadın ölümcül xəsarət alıb, bir yaşlı uşaq da keçinib.

Son xəbərlər

Orphus sistemi