Monqolustanda sərnişin qatarı relsdən çıxıb

Monqolustanda sərnişin qatarı relsdən çıxıb Qəza nəticəsində 6 nəfər xəsarət alıb
Digər ölkələr
12 Avqust , 2018 09:21
Monqolustanda sərnişin qatarı relsdən çıxıb

Bakı. 12 avqust. REPORT.AZ/ Monqolustanın cənub-şərqində sərnişin qatarının relsdən çıxaraq aşması nəticəsində üçü uşaq olmaqla, 6 nəfər xəsarət alıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü "Montsame" agentliyi məlumat yayıb.

Hadisə yerinə xilasetmə orqanlarının əməkdaşları cəlb olunub, qəzanın səbəbləri açıqlanmır.

"Sinhua"nın məlumatına görə, qatarda ümumilikdə 328 sərnişin olub.

Son xəbərlər

Orphus sistemi