Monqolustanda dabaq xəstəliyi ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

Monqolustanda dabaq xəstəliyi ilə əlaqədar fövqəladə vəziyyət elan edilib İlin əvvəlindən 3268 baş mal-qara məhv edilib
Digər ölkələr
27 Fevral , 2018 02:42
Monqolustanda dabaq xəstəliyi ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

Bakı. 27 fevral. REPORT.AZ/ Monqolustanın 19 ərazi vahidində – somonda dabaq xəstəliyinin yayılması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.

“Report” xəbər verir ki, bu barədə ölkənin Ərzaq, Kənd Təsərrüfatı və Yüngül Sənaye Nazirliyi məlumat yayıb.

Yerli hökumət xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə Rusiyadan 500 min doza vaksin alıb. İlin əvvəlindən xəstəliyin baş qaldırması səbəbindən 3268 baş mal-qara məhv edilib.

Son xəbərlər

Orphus sistemi