Monqol Elində ölüm hökmü ləğv edilib

Monqol Elində ölüm hökmü ləğv edilib Ölkədə sonuncu dəfə ölüm hökmü 2008-ci ildə icra olunub
Digər ölkələr
5 İyul , 2017 20:45
Monqol Elində ölüm hökmü ləğv edilib

Bakı. 5 iyul. REPORT.AZ/ Monqol Elində ölüm hökmü və işgəncənin verilməməsi haqqında qərar qüvvəyə minib.

“Report” “CA-NEWS”a istinadən xəbər verir ki, bununla Monqol Eli ölüm hökmü ləğv edilən və işgəncələrin tətbiqi qadağan olunan 105-ci dövlət olub.

Ölkə parlamenti 2015-ci il dekabrın 3-də bu barədə qərar qəbul edib. Bu qərar iyulun 1-dən qüvvəyə minib.

Məlumata görə, ölkədə sonuncu dəfə ölüm hökmü 2008-ci ildə icra olunub. 2010-cu ildən isə bununla bağlı moratorium tətbiq edilib.

Ümumiyyətlə, son 5 ildə Benin, Konqo, Fici, Latviya, Madaqaskar, Nauru və Surinam da oxşar addım atıb. Qvineya isə adi cinayətlərə görə ölüm hökmünü ləğv edib.

Qeyd edək ki, Azərbaycanda ölüm hökmü 1998-ci il fevralın 10-da ləğv olunub. Azərbaycan Avropa Şurasına üzv olmadan əvvəl ölüm cəzasını ləğv edərək, barələrində belə hökm çıxarılmış insanların cəzasını ömürlük həbslə əvəzləyib. ABŞ-ın bir sıra ştatlarında və Avropa Şurasına üzvü olan bir sıra dövlətlərdə hələ də ölüm cəzası qüvvədə qalır.

Son xəbərlər

Orphus sistemi