Moldovanın sabiq baş naziri məhkəmədə huşunu itirib

Moldovanın sabiq baş naziri məhkəmədə huşunu itirib Vladimir Filat üç həftədir aclıq aksiyasına davam edir
Digər ölkələr
21 İyun , 2016 16:20
Moldovanın sabiq baş naziri məhkəmədə huşunu itirib

Bakı. 21 iyun. REPORT.AZ/ Moldovanın keçmiş baş naziri Vladimir Filatın bu gün bərpa edilən məhkəməsi yarımçıq qalıb.

"Report" TASS-a istinadən xəbər verir ki, buna korrupsiyada ittiham olunan siyasətçinin müttəhim kürsüsündə huşunu itirərək yıxılması səbəb olub.

Maskalı xüsusi təyinatlı dəstə üzvlərinin qoruması altında məhkəmə zalına gətirilən V.Filat məhkəməsinin açıq olmasını tələb edərək üç həftədir aclıq aksiyasını dayandırmır.

Xatırladaq ki, V.Filat 8 aydır həbsxanadadır. Onun həbsi 2009-cu ildən Moldovada hakim partiya olan "Avropa İnteqrasiyası Alyansı"nın dağılmasıyla nəticələnib. O, ünvanına səsləndirilən bütün ittihamları rədd edir və tərəfdarlarını məhkəmə prosesinin açıq keçirilməsinə nail olunması üçün səy göstərməyə çağırır.

Son xəbərlər

Orphus sistemi