Moldovada nüvə qaçaqmalçılığının qarşısı alınıb

Moldovada nüvə qaçaqmalçılığının qarşısı alınıb Radioaktiv materiallar Yaxın Şərqdəki ekstermistlərə çatdırılmalı idi.
Digər ölkələr
7 Oktyabr , 2015 21:01
Moldovada nüvə qaçaqmalçılığının qarşısı alınıb

Bakı. 7 oktyabr. REPORT.AZ/ Moldova polisi son beş ay ərzində ABŞ Federal Təhlükəsizlik Bürosu (FTB) ilə əməkdaşlıqda xaricə qaçaqmalçıların nüvə materialları satmaq cəhdlərindən dördünün qarşısını alıb.

Ən son hadisənin bu ilin fevral ayında baş verib. Güman edildiyinə görə radioaktiv materiallar Yaxın Şərqdəki ekstermistlərə çatdırılmalı idi.

Nüvə materialı alıcıları kimi qələmə verilən xəfiyyələrə qaçaqmalçılar tərəfindən böyük həcmdə radioaktiv sezium təklif olunub, Associated Press (AP) xəbər verib.

Müstəntiqlərin sözlərinə görə, radioaktiv materialların çoxu Rusiyadan gətirilənlərdir.

Onların təbirincə, bəzi qaçaqmalçı dəstələrin Rusiya kəşfiyyat strukturları ilə əlaqələrdə olduğu güman edilir.

Moldovanın polis və Ədliyyə rəsmiləri bu məlumatı AP ilə bölüşərək qara nüvə bazarının nə dərəcədə təhlükəli olduğuna diqqəti çəkiblər, xəbər agentliyi bildirib.

"Report" BBC-yə istinadən xəbər verir ki, Moldova rəsmilərinin qənaətincə, Rusiya ilə Qərb arasında münasibətlərin pisləşməsi qaçaqmalçıların Rusiyadan əldə edib radioaktiv materialları xaricə satmaq çəhdlərinin alınıb-alınmadığını bilməyin yolunu çətinə salıb.

Son xəbərlər

Orphus sistemi