​Moldovada etirazçılar sabiq prezidenti döyüblər - VİDEO

​Moldovada etirazçılar sabiq prezidenti döyüblər - VİDEO Parlament binası qarşısında toqquşma nəticəsində 7 polis və 3 etirazçı xəsarət alıb
Digər ölkələr
21 Yanvar , 2016 06:22
​Moldovada etirazçılar sabiq prezidenti döyüblər - VİDEO

Bakı. 21 yanvar. REPORT.AZ/ Moldova parlamentinin binası qarşısına toplaşan mitinqçilər deputat, keçmiş spiker və ölkə prezidenti vəzifələrinin sabiq icraçısı, Liberal Partiyanın lideri Mixay Qimpuya yumruq zərbələri endiriblər.

"Report" xəbər verir ki, bu barədə Moldovanın "Omeqa" nəşri yazıb.

Videoda Qimpunun naməlum şəxslərin mühafizəsi altında onu "İuda" adlandıran mitinqçilərdən uzaqlaşdırıldığı müşahidə olunur.

Siyasətçinin özü Moldovanın yeni baş nazirinin seçilməsinə səs verib və bu da çox ehtimal ki, mitinqçilərin belə reaksiyasına səbəb olub.

Moldova parlamenti Pavel Filipin başçılıq etdiyi yeni hökuməti təsdiq edib. Bu qərar müxalifətin etirazlarına səbəb olub və nəticədə parlament binası qarşısında polis ilə mitinqçilər arasında toqquşma baş verib. İğtişaş nəticəsində 7 polis əməkdaşı və 3 etirazçı xəsarət alıb.

Son xəbərlər

Orphus sistemi