Moldova vətəndaşları Rumıniyada qəzaya düşüblər - FOTO

Moldova vətəndaşları Rumıniyada qəzaya düşüblər - FOTO Xəsarət alanlar vilayətin mərkəzi xəstəxanasına yerləşdirilib
Digər ölkələr
12 Oktyabr , 2016 03:11
Moldova vətəndaşları Rumıniyada qəzaya düşüblər - FOTO

Buxarest. 12 oktyabr. REPORT.AZ/ Rumıniyanın İaşi vilayətinin Komarna yaşayış məntəqəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, Moldovadan İtaliya istiqamətinə hərəkət edən mikroavtobusun sürücüsü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan kənara çıxaraq aşıb.

Qəza zamanı mikroavtobusda olan Moldova vətəndaşlarından biri ölüb, 6-ı isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar vilayətin mərkəzi xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyəti ağır olaraq qalır. 

Hadisə yerinə Moldovanın İaşi vilayətindəki baş konsulu da gəlib. 

Son xəbərlər

Orphus sistemi