Moldova Təhlükəsizlik Şurası 1 milyard avro oğurluqla bağlı araşdırmanın hesabatını tələb edib

Moldova Təhlükəsizlik Şurası 1 milyard avro oğurluqla bağlı araşdırmanın hesabatını tələb edib Moldovanın Ali Təhlükəsizlik Şurası (ATŞ) Baş Prokurorluq və Milli Bankdan təcili olaraq ölkə banklarından 1 milyard avro məbləğində oğurluqla bağlı Kroll-2 beynəlxalq detektiv bürosunun hesabatını təqdim etməyi tələb edib.
Digər ölkələr
11 İyun , 2019 15:42
Moldova Təhlükəsizlik Şurası 1 milyard avro oğurluqla bağlı araşdırmanın hesabatını tələb edib

Moldovanın Ali Təhlükəsizlik Şurası (ATŞ) Baş Prokurorluq və Milli Bankdan təcili olaraq ölkə banklarından 1 milyard avro məbləğində oğurluqla bağlı "Kroll-2" beynəlxalq detektiv bürosunun hesabatını təqdim etməyi tələb edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ATŞ-nin rəhbəri, Moldova prezidenti İqor Dodon bildirib.

"ATŞ həmçinin Moldovada bank oğurluğunun araşdırılmasına kömək etmək xahişi ilə beynəlxalq ictimaiyyətə müraciət etmək qərarına gəlib", - İ.Dodon deyib.

Daha əvvəllər ölkə parlamenti "əsrin oğurluğu" adlandırılan və bank sistemindən pulların kütləvi şəkildə oğurlanması ilə əlaqədar səs-küylü korrupsiya qalmaqalını araşdırmaq üçün xüsusi istintaq komissiyası yaradıb. Qalmaqal 2015-ci ilin yayında - mətbuata "Banco de Economii" (Əmanət Bankı), "Banca Sociala" (Sosial Bank) və "Unibank"dan, təxminən, 1 milyard avro (ölkə ÜDM-inin 20%-dən çoxdur - red.) oğurlanması ilə bağlı informasiya sızdıqdan sonra böyüyüb.

Son xəbərlər

Orphus sistemi