Moldova prezidenti yol qəzası nəticəsində xəstəxanaya yerləşdirilib

Moldova prezidenti yol qəzası nəticəsində xəstəxanaya yerləşdirilib Bakı. 9 sentyabr. REPORT.AZ/ Moldova prezidenti İqor Dodonun korteji Straşenı – Kalaraş yolunda qəzaya düşüb. Dövlət başçısı qəza nəticəsində xəstəxanaya yerləşdirilib.
Digər ölkələr
9 Sentyabr , 2018 16:18
Moldova prezidenti yol qəzası nəticəsində xəstəxanaya yerləşdirilib
ТАСС

Bakı. 9 sentyabr. REPORT.AZ/ Moldova prezidenti İqor Dodonun korteji Straşenı – Kalaraş yolunda qəzaya düşüb. Dövlət başçısı qəza nəticəsində xəstəxanaya yerləşdirilib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü yerli "Publika" telekanalı məlumat yayıb.

İlkin məlumatlara görə, kortej yük maşını ilə toqquşub və nəticədə maşınlardan biri aşıb. Polis qəza faktını təsdiq edib, lakin onun detalları barədə məlumat verməyib.

Moldova prezidentinin mətbuat xidmətindən TASS-a məlumatı hələ ki, təsdiq etməyiblər.

Son xəbərlər

Orphus sistemi