Moldova Prezidenti İqor Dodon parlamentin buraxılması barədə Baş nazir vəzifəsini icra edən Pavel Filip tərəfindən imzalanan dekreti ləğv edib.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə dövlət başçısı Ali Təhlükəsizlik Şurasının iclasından sonra brifinqdə bildirib.
Onun sözlərinə görə, Pavel Filip tərəfindən imzalanan dekret Konstitusiya normalarına uyğun deyil.