​Moldova prezidenti istefa vermək niyyətində deyil

​Moldova prezidenti istefa vermək niyyətində deyil "Prezidentin istefası hazırkı şəraitdə ölkənin xeyrinə olmayacaq"
Digər ölkələr
8 Sentyabr , 2015 04:41
​Moldova prezidenti istefa vermək niyyətində deyil

Bakı. 8 sentyabr. REPORT.AZ/ Moldova prezidenti Nikolay Timofti Kişinyovun mərkəzinə toplaşan mitinqçilərin tələblərinə uyğun olaraq istefa verməyəcək.

"Report" "Ziarul National" nəşrinə istinadən xəbər verir ki, bu barədə Prezident Administrasiyasının baş katibi İon Peduraru məlumat verib.

"Mitinqçilərin bu tələbi bir gecənin içində yarandı və etirazların leytmotivinə çevrildi. Prezidentin istefası hazırkı şəraitdə ölkənin xeyrinə olmayacaq. Timofti istefa verməyəcək", - deyə nəşr Pedurarunun sözlərini sitat gətirib.

Son xəbərlər

Orphus sistemi