Yuxarı

Moldova parlamenti hökumətin istefasının lehinə səs verib

​Moldova parlamenti hökumətin istefasının lehinə səs verib

Moldova parlamenti Avropameylli "Acum" ("İndi") bloku tərəfindən yaradılan Maya Sandu hökumətinə etimadsızlıqla bağlı votum irəli sürüb.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, qərar qanunverici orqanın iclasında qəbul olunub.

"Etimadsızlıq votumu iclasda iştirak edən deputatlardan (101 nəfər - red.) 63-nün səsi ilə təsdiqlənib", - qanunverici orqanın sədri Zinaida Qreçanıy deyib.

Qeyd olunur ki, Moldova Respublikası Sosialistlər Partiyası (MRSP) fraksiyasının təşəbbüsü ilə başladılan istefa tələbi müxalif Moldova Demokratik Partiyasının deputatları tərəfindən dəstəklənib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi