Yuxarı

Moldovada parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi qərarı ləğv edilib

​Moldova Konstitusiya Məhkəməsi öz qərarlarını ləğv edib

Moldova Konstitusiya Məhkəməsi iyunun 7-dən 9-dək qəbul etdiyi qərarı ləğv edib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Moldova Konstitusiya Məhkəməsinin sədri Mihay Poalelunj bildirib.

Qeyd olunur ki, söhbət parlamentin buraxılması və sentyabrın 6-da növbədənkənar seçkilərin keçirilməsi barədə qərarlardan gedir.

Bundan əlavə, Zinaida Qreçanının parlamentin sədri təyin edilməsi və Maya Sandunun formalaşdırdığı hökumətin qanunsuz olması barədə əvvəlki qərarlar ləğv edilib.

Məhkəmə sədrinin sözlərinə görə, bunlar yekun qərarlardır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi