Moldova hökumətində korrupsiya işi üzrə axtarışlar aparılır

Moldova hökumətində korrupsiya işi üzrə axtarışlar aparılır Ədliyyə Nazirliyinin, eləcə də Maarif, Mədəniyyət və Elmi Tədqiqatlar Nazirliyinin əməkdaşları şübhə altına alınıb
Digər ölkələr
21 Avqust , 2017 12:33
Moldova hökumətində korrupsiya işi üzrə axtarışlar aparılır
Discover Moldova

Bakı. 21 avqust. REPORT.AZ/ Moldovanın Milli Korrupsiyaya qarşı Mübarizə Mərkəzi və Prokurorluğu bu gün hökumətdə axtarışlar aparır.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə mərkəzin mətbuat katibi Anjela Starinski məlumat verib.

Onun sözlərinə görə, Ədliyyə Nazirliyinin, eləcə də Maarif, Mədəniyyət və Elmi Tədqiqatlar Nazirliyinin əməkdaşları şübhə altına alınıb.

"Söhbət korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ilə bağlı bir çox hallardan gedir. Onlar Moldova vətəndaşları və əcnəbilərə qeyri-qanuni yolla sənədlər verməkdə şübhəli bilinirlər", - A.Starinski bildirib. 

Son xəbərlər

Orphus sistemi