Moldova baş naziri ölkə prezidentinin səfiri geri çağırmaq tələbini yerinə yetirməkdən imtina edib

Moldova baş naziri ölkə prezidentinin səfiri geri çağırmaq tələbini yerinə yetirməkdən imtina edib Moldova Nazirlər Kabineti: "Baş nazir bu tələbi təsdiqləməyəcək"
Digər ölkələr
16 Yanvar , 2017 18:13
Moldova baş naziri ölkə prezidentinin səfiri geri çağırmaq tələbini yerinə yetirməkdən imtina edib

Bakı. 16 yanvar. REPORT.AZ/ Moldovanın Baş naziri Pavel Filip ölkə Prezidenti İqor Dodonun Moldovanın Rumıniyadakı səfiri Mihay Qribinçunun geri çağırılması ilə bağlı tələbini yerinə yetirməkdən imtina edib.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

"Baş nazir bu tələbi təsdiq etməyəcək", - Moldova Nazirlər Kabinetinin məlumatında deyilir.

Xatırıladaq ki, daha əvvəl Moldova Prezidenti İqor Dodon hökumətdən ölkənin Rumıniyadakı səfiri, Rumıniyanın keçmiş lideri Trayan Beseskunun Moldova vətəndaşlığından məhrum edilməsinin Konstitusiyaya zidd olduğunu bəyan edən Mihay Qribinçunun geri çağırılması ilə bağlı prosesə başlamağı tələb edib. Hökumətə yazdığı məktubda İ.Dodon M.Qribinçinin öz sözləri ilə təkcə etik prinsipləri pozmadığını, həm də xarici siyasi baxışları dəstəklədiyini göstərdiyini bildirib və bunun milli maraqlarla uzlaşmadığını qabardıb.

Son xəbərlər

Orphus sistemi